Bank Of Baku

Azərbaycanda inflyasiya təxminən 8% olacaq

Azərbaycanda inflyasiya təxminən 8% olacaq
# 27 sentyabr 2011 10:22 (UTC +04:00)
Bu proqnozu «APA-Economics»ə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

A.Vəliyev qeyd edib ki, yanvar-avqust ayları üzrə illik inflyasiya 8,5% olub və ilin qalan hissəsində illik müqayisədə müəyyən dərəcədə azalma baş verə bilər: «Aylıq müqayisədə kiçik inflyasiya baş verə bilər, lakin illik müqayisədə inflyasiyanın azalacağını proqnozlaşdırırıq».

İnflyasiyanın formalaşmasında daha çox monetar və ya qeyri-monetar amillərin rol oynadığına toxunan A.Vəliyev bildirib ki, bu prosesdə hər iki amil rol oynayır. Belə ki, onun fikrincə, inflyasiyanın formalaşmasında pul kütləsinin artımı kimi monetar və qiymətlərin süni artırılması kimi qeyri-monetar amillər iştirak edir. Pul kütləsinin artımı ilə bağlı A.Vəliyev bildirib ki, bu təbii haldır, çünki ölkədə əmək haqları, sosial ödəmələr artır və bu amil pul kütləsinin artmasına birbaşa təsir edir. Eyni zamanda, qiymətlərin süni artımı da inflyasiyanın səviyyəsinə təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR