Bank Of Baku

«Parabank» müştərilərə «Visa» kartlarını təklif edir

«Parabank» müştərilərə «Visa» kartlarını təklif edir
# 27 sentyabr 2011 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə beynəlxalq «Visa» plastik kartlarını təklif edir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hər bir əmanətçi və bankdan kredit alan şəxs «Visa» plastik kartının sahibi olur.

Artıq bankın müştəriləri «Visa Electron», «Visa Classic», «Visa Gold», «Visa Platinum», «Visa Infinite» və «Visa Virtual» kartlarını əldə edərək öz hesablarından vəsaitlərini manat, dollar və ya avro ilə çıxara biləcəklər.

«Parabank»ın plastik kartlarına sahib olan şəxslər «Bonus Cash Back», «SMS Xəbərdarlıq», «Mobil Bank» xidməti, «Hotel Club», «Pin Change», «Card to Card», «Cash by Code», «Internet Bank», kredit xətti üzrə güzəştli kredit müddəti (37 gün), «Priority Pass» və səfər sığortası üstünlüklərdən yararlana biləcək.

Bundan başqa, «Visa Gold» sahibi «Priority Pass» xidmətindən istifadə etmək hüququ qazanır. «Visa Gold» kartın sahiblərinə 1 illik «Priority Pass» üzvlük kartı hədiyə olunur və VİP zallara 1 dəfə giriş bank tərəfindən ödənilir. «Visa Gold» kartların sahiblərinə 1 illik sığorta şəhadətnaməsi də hədiyə olaraq verilir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR