Bank Of Baku

Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb

Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb
# 27 sentyabr 2011 11:19 (UTC +04:00)
Bu barədə ƏSF, KfW Bankı və «GBDS» şirkətinin nümayəndələrinin iştirakı ilə «Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun son üç il ərzindəki inkişafı - Almaniya Hökuməti tərəfindən KfW Bankı vasitəsilə birgə maliyyələşdirilən layihə» mövzusunda bu gün keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, ən vacib dəyişiklər sırasında təqvim haqlarının differensial sistemə keçirilməsi, sığorta hadisəsi baş verdikdə əmanətlərin qaytarılması müddətinin hazırkı 90 gündən 14 günədək endirilməsi, Fonda təkcə əmanətçiləri deyil, həm də fərdi sahibkarlar və bankın investorlarının da cəlb edilməsi məsələləri yer alıb.

Tədbirdə A.Cavadov Fondun yaranması, bu prosesdə KfW Bankının maliyyə və texniki dəstəyi və bu müddət ərzində qarşıya qoyulan məqsədlərə nail olunması barədə məlumat verib. Onun sözlərinə görə, hazırda təxminən 2 mlrd. manat həcmində olan əmanətlər, əmanətçilərin isə 96%-i sığortalanıb, Fondun vəsaitlərinin həcmi hazırda 37 mln. manat təşkil edir. A.Cavadov bildirib ki, Fondun institusional formalaşması KfW Bankı tərəfindən 1 mln. dollar həcmində qrant və ƏSF-nin kapitallaşması üçün 5 mln. dollar kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR