Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı 4 lot üzrə tender keçirir

Azərbaycan Mərkəzi Bankı 4 lot üzrə tender keçirir
# 27 sentyabr 2011 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 4 lot üzrə kotirovka sorğusu keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, I lot AMB-də «MS Exsel» kompüter proqramı üzrə təlim kurslarının keçirilməsi, II lot Xəzinə Departamentinin əməkdaşları üçün südün alınması, III lot AMB-nin ofislərində kondisionerlərə servis xidmətlərinin göstərilməsi və sonuncu lot AMB-nin ofisləri üçün 0,5 litrlik mineral suyun və 19 litrlik balonlarda dispenserlər üçün suyun alınmasını nəzərdə tutur.

Sorğuda iştirak etmək istəyənlər müvafiq sənədləri oktyabrın 5-dək AMB-yə təqdim etməlidir. Zərflər isə oktyabrın 6-da açılacaq.

Qeyd edək ki, sorğuda 3-cü və 4-cü lotlar üzrə iştirak haqqı 30 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR