Bank Of Baku

Yunanıstanın baş naziri: “Aldığımız bütün borcları qaytaracağıq”

Yunanıstanın baş naziri: “Aldığımız bütün borcları qaytaracağıq”
# 27 sentyabr 2011 12:14 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın potensialı borc böhranını aşmağa imkan verir. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu bəyanatla Yunanıstanın baş naziri Georgios Papandreu Berlində keçirilən sənaye forumunda çıxış edib.

Struktur islahatlarına dair proqramını təqdim edən G.Papandreu bildirib ki, Afina bu gün borc alsa da, gələcəkdə hamısını qaytaracaq: “Mən təminat verirəm ki, Yunanıstan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır. Söz verirəm ki, ölkəmiz yaxın vaxtlarda çətin dövrü arxada qoyaraq iqtisadi artıma və çiçəklənməyə nail olacaq”.

Baş nazir vəziyyətin ağırlığına baxmayaraq, yunan xalqının sərt iqtisadi kursla əlaqədar çətinliklərə sinə gərəcəyinə də əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR