Bank Of Baku

KfW və Azərbaycan yeni layihələrin icrasına hazırlaşır

KfW və Azərbaycan yeni layihələrin icrasına hazırlaşır
# 27 sentyabr 2011 13:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Almaniyanın KfW bankı Azərbaycana bu günədək 210 mln. avro məbləğində kreditlərin ayrılmasını təsdiq edib. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Bankın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə layihə meneceri Herald Hübner bildirib.

Onun sözlərinə görə, Bank Azərbaycanla əsasən 4 sahədə əməkdaşlıq edir. Bu, maliyyə sektoru, kiçik şəhərlərdə su təchizatı, enerji təchizatı və təbii resursların qorunması sahələridir. H.Hübner bildirib ki, maliyyə sektorunda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun yaradılması layihəsi ilə yanaşı Almaniya-Azərbaycan Fondunun xətti ilə kiçik və orta sahibkarlığa kreditlərin ayrılması layihəsi uğurla həyata keçirilir.

O, hazırda Almaniya-Azərbaycan Fonduna üçüncü kredit xəttinin təqdim edilməsi ilə bağlı ölkə hökuməti ilə danışıqların aparıldığını bildirib və qeyd edib ki, bankları valyuta risklərindən azad etmək üçün kredit xəttinin manatla verilməsi nəzərdə tutulur. Bundan başqa, KfW bankı hökumətlə Azərbaycanda aqrar sektorda fermerlərə kreditlərin verilməsi layihəsini də müzakirə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR