Bank Of Baku

«AtaLeasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır

«AtaLeasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır
# 27 sentyabr 2011 13:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» şirkəti 1,5-2 mln. manat həcmində yeni korporativ istiqrazlar emissiyasına hazırlaşır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin üzvü Cavid Abbasov bildirib.

C.Abbasovun sözlərinə görə, emissiyanın 2011-ci ilin sonunadək yerləşdirilməsi planlaşdırılır: «İstiqrazlar daha aşağı faizlə təklif ediləcək, həmçinin ilkin şərtlərə görə, istiqrazlar üzrə faizlərin ildə iki dəfə ödənilməsi nəzərdə tutulub».

C.Abbasov bildirib ki, emissiyanın yerləşdirilməsindən əldə olunan vəsait şirkətin lizinq portfelinin genişləndirilməsinə yönəldiləcək və bunun nəticəsində portfelin 50% - 6 mln. manata kimi artırılması nəzərdə tutulur.

Yeni investisiyaların daha risksiz sahələrə yatırılması planlaşdırılır. Hazırda lizinq portfelinin çox hissəsi Bakı və Abşeronu əhatə etdiyinə görə, əlavə vəsaitlərin əsasən regionlara yönəldilməsi nəzərdə tutulur. «Növbəti ildən şirkət rayonlardan təqdim olunan lizinq layihələrini «AtaBank»ın regional filialları vasitəsi ilə maliyyələşdirəcək», - deyə S.Abbasov qeyd edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari il sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR