Bank Of Baku

Azərbaycanda sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin dəyişməsi gözlənilmir

Azərbaycanda sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin dəyişməsi gözlənilmir
# 27 sentyabr 2011 14:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Fondun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, Fond hər rübün sonunda banklara qoyulan əmanətlərin faizləri üzrə təhlil aparır və tezliklə növbəti təhlil III rübün nəticələrinə görə aparılacaq. Əgər təhlil faiz dərəcələrinin aşağı düşməsini göstərərsə və bu tendensiya xarakter alıbsa, ondan faiz dərəcəsinin maksimal həddi indiki 12%-dən endirilə bilər. Lakin A.Cavadov bildirib ki, hələlik bunun üçün ciddi əsas yoxdur. Hazırkı səviyyə həm əmanətçilərin maraqlarının qorunması, həm bankların əmanətlərin cəlb olunması prosesində riskli addımların qarşısının alınması baxımından məqbul sayılır.

Eyni zamanda A.Cavadov sığortalanan əmanətlərin maksimal həcminin də dəyişməsi üçün əsasların olmadığını bildirib. Onun sözlərinə görə, həm 30 min manat təşkil edən hazırkı həcmin MDB məkanında ən yüksək olması, həm də ümumi əmanətçilərin sayının 96%-nin sığortalanması faktları belə bir zərurətin olmamasından xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR