Bank Of Baku

Aleksey Kudrin: “Fevral ayında istefa vermək istəyirdim”

Aleksey Kudrin: “Fevral ayında istefa vermək istəyirdim”
# 27 sentyabr 2011 16:49 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin istefasına dair açıqlama verib.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, A.Kudrin hələ fevral ayında istefaya getmək fikrində olduğunu bildirib: “Lakin baş nazir Vladimir Putinlə müzakirələrdən sonra bunun tez olduğu qərarına gəldik”.

Onun sözlərinə görə, ölkənin icra hakimiyyətinin növbəti konfiqurasiyasında iştirakı müzakirə mövzusu olmayıb: “Sadəcə, gələcək hakimiyyətin strukturu müəyyənləşən kimi özümü növbəti hökumətdə görmədiyimi bildirdim. Bu, düşünülmüş açıqlama idi və burada hansısa emosiyadan söhbət gedə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR