Bank Of Baku

Almaniyanın maliyyə naziri ABŞ-ı Avropa İttifaqının işlərinə müdaxilə etməməyə çağırıb

Almaniyanın maliyyə naziri ABŞ-ı Avropa İttifaqının işlərinə müdaxilə etməməyə çağırıb
# 28 sentyabr 2011 08:18 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın maliyyə naziri Volfhanq Şoyble ABŞ rəhbərliyini Avropa İttifaqının iqtisadi siyasətinə müdaxilə etməməyə, əvəzində öz iqtisadi problemlərinə diqqət yetirməyə çağırıb.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, nazir bu bəyanatı Berlindəki Avropa Menecment və Texnologiyalar Məktəbində (European School of Management and Technology) çıxış edərkən səsləndirib.

V.Şoyble bildirib ki, başqalarına məsləhət vermək öz qərarlarını qəbul etməkdən qat-qat asandır və o, heç bir çətinlik çəkmədən ABŞ hökumətinə məsləhətlər verə bilər: “Əgər Obama başqa cür düşünürsə, mən hesab etmirəm ki, Avropanın problemləri ABŞ-ın problemlərinin səbəbinə çevrilib”.

Bununla da V.Şoyble ABŞ prezidenti Barak Obamanın “Avropa İttifaqının Yunanıstanın xarici borcunun öhdəsindən gələ bilməməsi bütün dünyanı qorxudur” sözlərinə reaksiya vermiş olub.

Qeyd edək ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR