Bank Of Baku

Azərbaycanda bankomatların sayı 11% artıb

Azərbaycanda bankomatların sayı 11% artıb
# 28 sentyabr 2011 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda quraşdırılmış bankomatların ümumi sayı 2011-ci il avqust ayının 1-nə 2 002 ədəd təşkil edib ki, bu da ötən ilin avqust ayının əvvəli ilə müqayisədə 193 ədəd və ya 10,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankomatların 1 112-i Bakı şəhərində, 890-ı isə digər şəhər və rayonlarda yerləşir.

Avqustun 1-nə Azərbaycanda POS-terminalların sayı 11 272 ədəd olub ki, bunun 10 306-ı Bakı şəhərində, 966-ı isə digər regionlarda yerləşir. POS-terminalların sayı son bir ildə 28,5% artıb.

Mərkəzi Bankın məlumatına görə, 2011-ci il avqust ayının 1-nə Azərbaycan üzrə dövriyyədə olan ödəniş bank kartlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,6% artaraq 4 429 min ədədə çatıb. Bankomat və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 324 min olub. Onlardan 95%-i debet kartlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR