Bank Of Baku

Putin Kudrinin səlahiyyətlərini bölüşdürüb

Putin Kudrinin səlahiyyətlərini bölüşdürüb
# 28 sentyabr 2011 09:11 (UTC +04:00)
Bakı - APA-Economics. Aleksey Kudrinin istefasından sonra Rusiya maliyyə nazirinin səlahiyyətləri onun müavini Anton Siluanova, baş nazirin müavininin səlahiyyətləri isə baş nazirin birinci müavini İqor Şuvalova həvalə edilib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin açıqlama verib.

Onun sözlərinə görə, Şuvalov və Siluanovun səlahiyyətlərinin dəyişdirilməsi prezident Dmitri Medvedevlə razılaşdırılıb. Putinin “yaxşı mütəxəssis” kimi xarakterizə etdiyi Siluanov 26 ildir Maliyyə Nazirliyində çalışır. Nazir müavini kimi o, büdcələrarası münasibətləri, həmçinin müdafiə-sənaye kompleksini kurasiya edir.

Qeyd edək ki, Kudrin prezident Medvedev baş nazir olarsa, onun hökumətində işləməyəcəyini bəyan etdiyi üçün dövlət başçısının qəzəbinə gəlib və sentyabrın 26-da istefaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR