Bank Of Baku

Azərbaycanda maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb

Azərbaycanda maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb
# 28 sentyabr 2011 09:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən «Azərbaycanda maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» tvininq-layihəsinin açılışı keçirilib. «APA-Economics»in məlumatına görə, açılışda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, son illər Azərbaycanda sürətli iqtisadi inkişaf və bununla bağlı olan dövlət büdcəsinin artması fonunda büdcə vəsaitləri üzrə nəzarətin təkmilləşdirilməsi zərurəti aktuallaşıb.

A.Bayramovun sözlərinə görə, son 11 il ərzində dövlət büdcəsi təxminən 20 dəfə artıb. Bu, bir tərəfdən sevindirici haldır, digər tərəfdən bir sıra müəyyən problemlər yaradıb. Belə ki, büdcə vəsaitlərindən səmərəli və ünvanlı istifadəyə nəzarət müasir standartlara cavab verməlidir və bu baxımdan bir sıra addımlar atılıb. İlk növbədə Maliyyə Nazirliyinin strukturunda Dövlət Maliyyə Nəzarəti Xidməti yaradılıb və hazırda tvininq-layihəsi çərçivəsində bu sistemin təkmilləşdirilməsi üzrə işlərə başlanacaq.

Qeyd edək ki, layihənin tərəfdaşları kimi Maliyyə Nazirliyi, Estoniya Maliyyə Nazirliyi və Almaniya Federal Maliyyə Nazirliyi çıxış edir. Layihənin rəhbəri Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun sözlərinə görə, layihənin əsas məqsədi maliyyə nəzarəti sisteminin inkişafı üzrə strateji konsepsiyanın hazırlanmasıdır. Bundan başqa, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, texniki və normativ bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihənin 18 ay ərzində icrası nəzərdə tutulur və bunun həyata keçirilməsinə Avropa İttifaqı tərəfindən 800 min avro həcmində qrant ayrılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR