Bank Of Baku

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində bu il rekord göstərici gözlənilir - FOTO

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində bu il rekord göstərici gözlənilir - <font color=red>FOTO</font>
# 28 sentyabr 2011 10:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Rusiya Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Yuri Şedrin bildirib: «Bu, ikitərəfli ticarət əlaqələrində rekord göstərici olacaq».

Hazırda ikitərəfli iqtisadi əlaqələrin böhrandan sonrakı təsirdən tam çıxdığını deyən Y.Şedrin bu münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. Onu sözlərinə görə, son yarım ilin statistik məlumatları ikitərəfli iqtisadi əlaqələrdə ixrac və idxalın həcminin artdığını göstərir.

Rusiya Ticarət Palatasının Azərbaycandakı rəhbəri etiraf edib ki, bu münasibətlərin sürətlə inkişaf etməsində yanacaq-enerji sahəsi xüsusi rol oynayır. Onun sözlərinə görə, müvafiq razılaşmaya uyun olaraq Rusiya Azərbaycandan təbii qaz idxal edir: «Təbii qaz idxalının ilin sonuna kimi 2 mlrd. kubmetrə çatacağı gözlənilir. Bu qazın əksər hissəsi Dağıstan əhalisinin ehtiyaclarını ödəməyə yönəlir». O həmçinin təsdiq edib ki, Rusiya tərəfi bu sahədə əməkdaşlığı dərinləşdirmək arzusundadır.

Gələn ay Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı isə Y.Şedrin bildirib ki, hazırda bununla bağlı bir sıra sazişlərin layihələri üzərində iş aparılır. Bu sənədlər enerji sistemlərinin paralel fəaliyyəti, əmək miqrasiyası, humanitar sahədə əməkdaşlıq sahələrini əhatə edir. Palatanın sədri bu sazişlərin Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanacağı istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR