Bank Of Baku

Avropa Komissiyası maliyyə tranzaksiyalarına vergi tətbiq olunmasını təklif edir

Avropa Komissiyası maliyyə tranzaksiyalarına vergi tətbiq olunmasını təklif edir
# 28 sentyabr 2011 15:12 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyası maliyyə tranzaksiyalarına vergi tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu açıqlama verib.

Onun sözlərinə görə, ötən 3 il ərzində Avropa İttifaqına üzv olan ölkələrin maliyyə sektoruna istiqraz və qarantiyalar formasında etdiyi köməyin həcmi 4,6 trln. avronu keçib: “İndi maliyyə sektoru cəmiyyətin rifahına öz töhfəsini verməlidir”.

J.M.Barrozu qeyd edib ki, maliyyə tranzaksiyalarına vergi tətbiqi “qlobal böhranın neqativ nəticələrinin maliyyə yükünün ədalətli bölüşdürülməsi” vasitəsi kimi təklif olunur. Vergi tətbiqi Avropanın ümumi büdcəsinə hər il 55 mlrd. avro yönəltməyə imkan verəcək.

Qeyd edək ki, Fransa və Almaniya qanun layihəsinə tərəfdar çıxsalar da, Avropanın nəhəng maliyyə mərkəzi olan rəsmi London bank lobbisinin təzyiqi ilə bunun əleyhinə çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR