Bank Of Baku

Bernanke ABŞ-ı inkişaf etməkdə olan millətlərdən nümunə götürməyə çağırıb

Bernanke ABŞ-ı inkişaf etməkdə olan millətlərdən nümunə götürməyə çağırıb
# 29 sentyabr 2011 07:43 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke Birləşmiş Ştatları və digər zəngin ölkələri inkişaf etməkdə olan millətlərdən nümunə götürməyə çağırıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, B.Bernanke bildirib ki, tənzimləyici büdcə qaydaları tətbiq etmək, ticarəti daha da sərbəstləşdirmək, dövlət kapital qoyuluşlarını həyata keçirmək və təhsili dəstəkləmək zəruridir.

FES rəhbəri əsas iqtisadi prinsiplərin reallaşmasına nail ola bilmədiklərinə görə ABŞ və digər ölkələrin siyasətçilərini tənqid edib. Bununla yanaşı, o, çox sürətli addımların iqtisadiyyatı zəiflədə biləcəyi haqda xəbərdarlıq edib.

İşsizlik probleminə toxunan B.Bernanke ABŞ-da uzun müddətdir davam edən yüksək işsizlik səviyyəsini “milli böhran” adlandırıb və Konqresi ciddi tənəzzül keçirən inşaat sənayesinə dəstək göstərməyə çağırıb. Onun fikrincə, iki-üç ildir işsiz qalan insanlar bacarıqlarını itirir və yeni iş yeri tapmaq üçün hökumətin dəstəyinə ehtiyac duyurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR