Bank Of Baku

Azər Bayramov: «Azərbaycanın bu ilki büdcəsi kəsirsiz icra oluna bilər»

Azər Bayramov: «Azərbaycanın bu ilki büdcəsi kəsirsiz icra oluna bilər»
# 29 sentyabr 2011 08:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

A.Bayramovun sözlərinə görə, bu ilki dövlət büdcəsinin icrası normal səviyyədə davam etdirilir: «Hesab edirəm ki, bu il dövlət büdcəsinin icrasında hər hansı problem yaranmayacaq».

«İlkin olaraq büdcənin kəsirlə icrası planlaşdırılsa da, əlavə gəlirlər hesabına büdcənin kəsirsiz icrası da mümkündür. Bizim əvvəlki illərdə belə bir təcrübəmiz olub», - deyə nazir müavini vurğulayıb.

Xatırladaq ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR