Bank Of Baku

Yunanıstan baş nazirinin müavini: “Yeni əmlak vergisini ödəmək üçün pulum yoxdur”

Yunanıstan baş nazirinin müavini: “Yeni əmlak vergisini ödəmək üçün pulum yoxdur”
# 29 sentyabr 2011 09:14 (UTC +04:00)
APA-Economics”in Yunanıstan mətbuatına istinadən xəbərinə görə, T.Panqalos ilin sonunadək büdcəyə 2 mlrd. avro gətirəcəyi gözlənilən yeni verginin lehinə səs versə də, 17,5 min avro həcmində olan əmlak vergisini ödəmək iqtidarında deyil.

“Artıq 10 min avro ödəmişəm, daha 7,5 min avro ödəməliyəm. amma bu qədər pulum olmadığından, daşınmaz əmlakımdan nəyisə satmalıyam” - deyə baş nazir müavini qeyd edib. Onun sözlərinə görə, heç vaxt ev və mənzil almayıb, hazırda sahib olduğu əmlakı isə qohumlarından vərəsəlik yolu ilə alıb. Vergi bəyannaməsinə əsasən, T.Panqalos Afinada 3 mənzilə, ölkənin digər şəhərlərində 5 mənzilə və 11 torpaq sahəsinə malikdir. Ötən il 640 min avro gəlir əldə edən baş nazir müavininin bank hesabında cəmi 17 min avro vəsait var.

“Əmlakınıza alıcı tapmasanız, nə edəcəksiniz?” sualına T.Panqalos belə cavab verib: “Bilmirəm. Ödəməyə pulum yoxdur, qoy Venizelos gəlib məni həb eləsin”.

Qeyd edək ki, Evangelos Venizelos Teodoros Panqalosun həmkarıdır. O, baş nazirin müavini və maliyyə naziri kimi Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan kredit almaq üçün sərt büdcə ixtisarlarının həyata keçirilməsinə cavabdehdir.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR