Bank Of Baku

«Parabank»ın «Çəmbərəkənd» filialı yeni ünvana köçüb

«Parabank»ın «Çəmbərəkənd» filialı yeni ünvana köçüb
# 29 sentyabr 2011 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin «Çəmbərəkənd» filialı yeni ünvana köçüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial əvvəllər Bakı şəhəri H.Cavid prospekti,30 ünvanında yerləşirdi, nidi isə H.Cavid prospekti,556/557 məhəllə, ev B ünvanına köçürülüb.

Bankdan bildirib ki, filialın yerinin dəyişdirilməsinə əsas səbəb müştərilərin rahatlığının təmin edilməsi olub. «Parabank»ın digər filialları kimi «Çəmbərəkənd»də fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak, avtokreditlər, biznes və digər kreditlərin verilməsi, «VISA» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi və təcili pul köçürmələri («Western Union», «PrivatMoney», Caspian Money Transfer ,»Bıstraya Poçta», «Blizko» , «Zolotaya Korona», «Contact», «CoinStar») və s. bank xidmətləri təqdim edir.

Qeyd edək i, hazırda bankın ölkə üzrə 16 filialı və 3 şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR