Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti bu il daxilolmalarını 8 dəfə artırmaq niyyətindədir

«Atəşgah Həyat» sığorta şirkəti bu il daxilolmalarını 8 dəfə artırmaq niyyətindədir
# 29 sentyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti 2011-ci ildə 8 mln. manata yaxın sığorta haqları toplayacağını proqnozlaşdırır. Bu isə illik müqayisədə 8 dəfə artım deməkdir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədətli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, hazırda şirkətin sığorta portfelinin 75%-i icbari sığorta, 25%-i isə könüllü sığorta növlərinin payına düşür. Şirkət gələcəkdə sığorta portfelində könüllü sığorta növlərinin payını artırmağı planlaşdırır.

Qeyd edək ki, 2010-cu ildə şirkətin daxilolmaları 1,040 mln. manat, ödənişləri isə 20 min manat olub.

Xatırladaq ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR