Bank Of Baku

Rusiya keçmiş SSRİ-nin Xorvatiyaya borcunu ödəyib

Rusiya keçmiş SSRİ-nin Xorvatiyaya borcunu ödəyib
# 30 sentyabr 2011 12:58 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Federasiyası Xorvatiya qarşısındakı borcunu tamamilə ödəyib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

Ödəniş Xorvatiyanın “Sisak-“S” istilik elektrik stansiyası üçün Rusiyadan yüksək texnologiyalı məhsulların və energetika avadanlıqlarının çatdırılması yolu ilə həyata keçirilib.

Qeyd edək ki, 185,7 mln. dollar həcmində borc keçmiş SSRİ və Yuqoslaviya Sosialist Federativ Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq çərçivəsində yaranıb. Rusiya SSRİ-nin hüquqi varisi kimi borcun ödənilməsini öz üzərinə götürüb. Yuqoslaviyanın digər hüquqi varisləri (Serbiya, Çernoqoriya, Makedoniya, Bosniya və Herseqovina) qarşısında borcların ödənilməsini 2016-cı ilədək ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il sentyabrın 1-nə Rusiyanın xarici borcu 36,88 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR