Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlük haqları artırıla bilər

Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlük haqları artırıla bilər
# 30 sentyabr 2011 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) hazırda müzakirə mərhələsində olan yeni nizamnaməsi təsdiqlənəndən sonra üzv təşkilatlar üçün üzvlük haqlarının məbləği artırıla bilər. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, üzlük haqqının hazırkı məbləği ASA-nın il ərzində gördüyü işlər üçün kifayət etmir: «İndiyədək beynəlxalq sığorta forumu və olimpiadanın təşkili, maarifləndirici broşüraların çapı və digər işləri sığorta şirkətlərinin sponsorluğu ilə həyata keçirilib. Bütün bu işlərin Assosiasiyanın öz büdcəsi hesabına həyata keçirilməsi üçün üzvlük haqqının artırılmasına ehtiyac var».

A.Əliyev bildirib ki, üzvlük haqqının məbləği sığorta şirkətlərinin yığımlarına görə müəyyənləşməyəcək: «Bununla bağlı bütün sığorta şirkətləri ilə məsləhətləşmələr aparılacaq. Əgər şirkətlər sığorta bazarının inkişafını, sığorta sahəsində yeni qanunların qəbulunu dəstəkləyirsə, həmçinin öz məhsulunu bazarda daha çox satmaq istəyirlərsə, maliyyələşdirmə məsələsinə də ciddi diqqət yeriməlidir».

Xatırladaq ki, hazırda sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.

ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR