Bank Of Baku

Azərbaycanda bu il yeni həyat sığortası şirkəti fəaliyyətə başlayacaq

Azərbaycanda bu il yeni həyat sığortası şirkəti fəaliyyətə başlayacaq
# 30 sentyabr 2011 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin ilin sonunadək yeni təsis olunmuş «Standard Həyat» sığorta şirkətinə müvafiq lisenziya verəcəyi gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında «Standard Insurance» sığorta şirkəti İdarə Heyətinin sədr müavini Aydın Rəhmanov bildirib.

A.Rəhmanovun sözlərinə görə, «Standard Həyat» şirkətinin həyat sığortası üzrə fəaliyyətinə lisenziyanın alınması məqsədilə şirkətin təsis sənədləri və digər müvafiq sənədlər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim olunub: «Hazırda sənədlər nazirliyin müvafiq prosedura qaydaları üzrə yoxlamadan keçirilir. Həll olunmamış yalnız lisenziya məsələsi qalıb. Lisenziyanı ilin sonunadək alacağımıza ümid edirik».

Qeyd edək ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Həyat» sığorta şirkətinin nizamnamə kapitalı 5 mln. manat təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanda yalnız 3 şirkəti – «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» - həyat sığortası xidmətləri göstərir.

Təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti isə 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı törəmə müəssisəsi fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR