Bank Of Baku

«Standard Insurance» şirkətinin daxilolmaları bu il 20% artacaq

«Standard Insurance» şirkətinin daxilolmaları bu il 20% artacaq
# 30 sentyabr 2011 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard Insurance» sığorta şirkətinin 2011-ci ildə 10 mln. manat həcmində sığorta haqqı toplayacağı proqnozlaşdırılıb. Bu isə 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 20% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Aydın Rəhmanov bildirib.

A.Rəhmanovun sözlərinə görə, daxilolmaların strukturunda «Avtonəqliyyat vasitələrinin sığortası», «Əmlak sığortası» və «Avtovəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növləri daha böyük paya malikdir.

A.Rəhmanov şirkətin mənfəətinin bu ilin sonuna 2,5 mln. manata çatacağını da vurğulayıb: «Bu ilin yekununda şirkətin 2,5 mln. manata yaxın mənfəət əldə edəcəyi gözlənilir ki, bu da 2010-cu ilin nəticəsi ilə eynidir. Mənfəətin sabit qalmasının səbəbi isə sığorta ehtiyatlarına ayırmaların artması ilə bağlıdır».

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci il oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı b törəmə müəssisəsi fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR