Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20% artıb
# 30 sentyabr 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 146 ölkə ilə ümumi həcmi 23,661 mlrd. ABŞ dolları təşkil edən və ya ötən ilin analoji dövrü ilə müqayisədə 31,7% çox ticarət əməliyyatları aparıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ticarət dövriyyəsinin 17,798 mlrd. dolarını Azərbaycandan ixrac olunan mallar, 5,863 mlrd. dollarını isə ölkəyə idxal olunan mallar təşkil edib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixracın həcmi 27,6%, idxal isə 45,8% artıb.

Hesabat dövründə 11,935 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilə nisbətən 20,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR