Bank Of Baku

«Bank of Baku»nun Xırdalanda filialı açılıb

«Bank of Baku»nun Xırdalanda filialı açılıb
# 30 sentyabr 2011 15:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin Xırdalan şəhərində filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Heydər Əliyev prospekti,39 ünvanında yerləşən filialda əhaliyə fiziki və hüquqi şəxslərə hesabların açılması, depozitlərin qəbul edilməsi, istehlak, pul və biznes kreditlərinin verilməsi, kommunal ödənişlər, mobil rabitə danışıqları üzrə ödənişlərin qəbulu, təcili pul köçürmələri, plastik kartların sifariş edilməsi, mübadilə əməliyyatları və digər xidmətləri təklif edilir.

Qeyd edək ki, filialın açılış mərasimində bankın Müşahidə Şurasının sədri Elçin İsayev, İdarə Heyətinin sədri Fərid Əlizadə, sədr müavinləri, bankın tərəfdaşları və daimi müştəriləri iştirak ediblər.

Xatırladaq ki, «Xırdalan» filialı 2011-ci ildə «Bank of Baku» tərəfindən müştərilərin xidmətinə verilən ikinci filialdır. Hazırda bankın 18 filialı mövcuddur.

«Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR