Bank Of Baku

«Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf» mövzusunda dəyirmi masa keçirilib

«Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf» mövzusunda dəyirmi masa keçirilib
# 30 sentyabr 2011 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf» mövzusunda dəyirmi masa keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Qafqaz Universitetinin, Turizm İnstitutunun, İqtisad Universitetinin və digər elmi müəssisələrin nümayəndələri iştirak edib.

Tədbir zamanı İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev «Azərbaycan iqtisadiyyatı - 20 ildə» mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın 20 il ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadi sisteminə keçid, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. istiqamətlərdə görülən genişmiqyaslı işlərdən və qazanılmış uğurlardan bəhs edilib.

Bundan başqa, tədbirdə geniş elmi müzakirələr aparılıb və bildirilib ki, hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi yüksəlir, ölkədə müasir standartlara cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılıb, məqsədli dövlət proqramları uğurla icra olunur. Görülmüş işlərin nəticəsində 2010-cu ildə iqtisadi artım 5%, yoxsulluğun səviyyəsi isə 9,1% təşkil edib.

Tədbirdə həyata keçirilən kompleks tədbirlərin müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına, ölkə əhalisinin sosial rifahının daha da yüksəlməsinə imkanlar açdığı vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR