Bank Of Baku

ABŞ-da əhalinin gəlirləri azalıb

ABŞ-da əhalinin gəlirləri azalıb
# 01 oktyabr 2011 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ-da əhalinin gəlirləri avqust ayında iyulla müqayisədə 7,3 mlrd. dollar və ya 0,1% azalıb, əhalinin istehlak xərcləri isə 22,7 mlrd. dollar və ya 0,2% artıb.

APA-Economics”in məlumatına görə, gəlirlər üzrə dinamika proqnozlardan mənfi olub, çünki analitiklər gəlirlərin 0,1% səviyyəsində artımını gözləyirdilər.

Qeyd edək ki, xərclərin artması fonunda gəlirlərin azalması faktı əhali tərəfindən öz yığımlarının cari istehlaka yönəldilməsini əks etdirir. Ümumiyyətlə, istehlak xərcləri əsas makroiqtisadi göstəricilərdəndir və üç əsas komponentdən ibarətdir. Bunlar qısamüddətli və uzunmüddətli istifadə olunan malların alınması və xidmətlərin ödənilməsidir. Xərclərin artması iqtisadiyyatda müsbət dinamikadan xəbər verir, ÜDM-in artmasına stimul olur. Lakin bütün bunlar eyni zamanda gəlirlərin artması ilə müşayiət olunmalıdır, əks halda, xərclərin artması müsbət amil kimi hesab oluna bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR