Bank Of Baku

ABŞ-da daha bir bankın fəaliyyəti dayandırılıb

ABŞ-da daha bir bankın fəaliyyəti dayandırılıb
# 01 oktyabr 2011 11:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ Depozitlərin Sığortalanması üzrə Federal Agentliyi daha bir bankın bağlanmasına qərar verib. “APA-Economics”in məlumatına görə, Texas ştatında fəaliyyət göstərən “First International Bank” qapadılıb.

Bankın məcmu aktivləri 239,9 mln. dollar, depozitlərin həcmi isə 208,8 mln. dollara bərabərdir. Bağlanılan bankın şöbələri və əmanətləri “American First National Bank”ın nəzarəti altına keçəcək.

Beləliklə, ABŞ-da cari ildə bağlanan bankların sayı 74-ə çatıb. Qeyd edək ki, 2010-cu ildə bu rəqəm 157, 2009-cu ildə 140-a bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR