Bank Of Baku

Devid Kemeron: “Avrozonadakı böhran dünya iqtisadiyyatı üçün təhlükədir”

Devid Kemeron: “Avrozonadakı böhran dünya iqtisadiyyatı üçün təhlükədir”
# 03 oktyabr 2011 07:58 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonadakı böhran dünya iqtisadiyyatı üçün təhlükədir. “APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu bəyanatla Böyük Britaniyanın baş naziri Devid Kemeron hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən konfransında çıxış edib.

“Avrozona təkcə özü üçün yox, həm də Britaniya iqtisadiyyatı və dünya iqtisadiyyatı üçün təhlükə törədir” - deyə D.Kemeron qeyd edib.

Baş nazir avropalı siyasətçiləri bank sahəsində situasiyanın sabitləşməsi üçün təcili tədbirlər görməyə çağırıb: “Avrozonanın borc böhranının öhdəsindən gəlməsi üçün yaxın həftələr ərzində Avropadakı bankları möhkəmləndirmək üçün tədbirlər görülməlidir. Bazarları qabaqlamaq üçün vaxtımız var”.

D.Kemeron həmçinin qeyd edib ki, Böyük Britaniyanın büdcə kəsirinin ixtisarına dair planlarını iqtisadi artıma baxmayaraq, təxirə salmaq niyyətində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR