Bank Of Baku

Bakıda investorlar üçün yarmarka keçirəcək

Bakıda investorlar üçün yarmarka keçirəcək
# 03 oktyabr 2011 10:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə oktyabrın 4-də Bakıda investorlar üçün yarmarka keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, «Azərbaycanda artıq borclanmaya qarşı mübarizə» mövzusunda keçiriləcək yarmarkada yerli maliyyə təşkilatları ilə yanaşı xarici və yerli banklar, investisiya təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, investorlar üçün yarmarka AMA tərəfindən hər il keçirilir.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR