Bank Of Baku

«AtaHoldinq»in İdarə Heyətinə yeni sədr müavini təyin olunub

«AtaHoldinq»in İdarə Heyətinə yeni sədr müavini təyin olunub
# 03 oktyabr 2011 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rauf Eldar oğlu Qarayev «AtaHoldinq» ASC-yə İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Holdinqdən «APA-Economics»ə verilən məlumata görə, R.Qarayev 1976-cı il iyulun 4-də Gəncə şəhərində anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. R.Qarayev daha sonra təhsilini Rusiyada Xalq Təsərrüfatını İdarəetmə Akademiyasında davam etdirərək MBA dərəcəsini alıb.

Neft sahəsində müxtəlif xarici şirkətlərində çalışmış R.Qarayev bu sahədə 13 ildən artıq iş təcrübəsinə malikdir. Əmək fəaliyyətinin son 8 il müddətində BP şirkətində maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR