Bank Of Baku

Belarus İrandan kredit alacaq

Belarus İrandan kredit alacaq
# 03 oktyabr 2011 12:01 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus hökuməti İrandan 400 mln. dollar kredit almaq niyyətindədir. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Belarus Milli Bankı İdarə Heyətinin sədri Nadejda Yermakova bildirib.

N.Yermakova İranla kredit sazişinin nə vaxt və hansı şərtlərlə imzalanacağı haqda heç nə deməsə də, alınan vəsaitin ölkənin qızıl-valyuta ehtiyatlarının artırılmasına sərf olunacağını qeyd edib.

Onun sözlərinə görə, ötən ay Çindən 1 mlrd. dollar güzəştli kredit alan Belarus “EvrAzEs” birliyindən kreditin ikinci tranşı kimi 440 mln. dollar alacaq. Üstəlik, Minsk Beynəlxalq Valyuta Fondundan 7 mld. dollar kredit almaq istəyir.

Qeyd ki, bu ilin əvvəlindən Belarusda valyuta böhranı yaşanır. Buna səbəb milli valyutanın devalvasiyasından ehtiyatlanan yerli əhalinin dollar və avro almağı sürətləndirməsidir. Nəticədə hökumət ölkənin qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini valyutaya olan tələbatın ödənilməsinə yönəltməyə, eləcə də valyuta sövdələşmələrinə məhdudiyyət tətbiq etməyə və yerli rublu devalvasiya etməyə məcbur olub. Sentyabrda Belarus rublunun kursu yenidən aşağı salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR