Bank Of Baku

«Parabank» bazara yeni kredit məhsulu çıxarıb

«Parabank» bazara yeni kredit məhsulu çıxarıb
# 03 oktyabr 2011 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bankın 20 illik yubileyi münasibətilə müştərilərə «Hədiyyə» kreditini təqdim edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu krediti əldə edərkən «Parabank» hədiyyə olaraq müştərilərə ilk 2 ay ərzində faizləri hədiyyə edir: «İki ay ərzində müştəri banka heç bir ödəniş etmir. Kredit üzrə ödənişlər isə 3-cü aydan etibarən aparılır. Bank xərcləri və digər komissiyalar 2%-lə hesablanır».

Bankdan bildirib ki, «Hədiyyə» krediti oktyabrın 15-dən dekabrın 30-dək, biznes əsasında verilən istehlak və aqrar kreditlərinin şərtləri əsasında verilir.

Kreditlər 12-36 ay müddətinə, 10-100 min manat məbləğində, aylıq ən azı 1,7% dərəcəsi ilə təqdim olunur.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR