Bank Of Baku

«PAŞA Həyat» sığorta şirkətinin daxilolmaları 7,3 mln. manata çatıb

«PAŞA Həyat» sığorta şirkətinin daxilolmaları 7,3 mln. manata çatıb
# 03 oktyabr 2011 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkətinin 2011-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 7,3 mln. manat, sığorta ödənişlərinin həcmi isə 86,3 min manat təşkil edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, sığorta haqlarının strukturunda 6,578 mln. manat (90%) «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü, 160 min manat (2,2%) «Həyatın ölüm halından sığortası» növünün payına düşüb.

N.İsmayılov bildirib ki, bu ilin ilk 9 ayında şirkətin sığorta hadisələrinə görə həyata keçirdiyi ödənişlər bütövlüklə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növünün payına düşüb: «İndiyədək «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 400-ə yaxın sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə 200 mindən çox işçi sığortalanıb».

Qeyd edək ki, «PAŞA Həyat» sığorta şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu il fevralın 14-də verilib. Cari il oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR