Bank Of Baku

«NBC Bank»ın yeni regional filialı açılıb

«NBC Bank»ın yeni regional filialı açılıb
# 03 oktyabr 2011 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin Şəki filialının açılışı olub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şəhərin M.Ə.Rəsulzadə prospekti,180 ünvanında yerləşən filialda fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları, o cümlədən hesabların açılması, depozit, qarantiya və akkreditivlər, istehlak kreditləri (plastik kartla kredit, məişət avadanlığı alınmasına yönəlmiş kreditlər, təmir kreditləri, mobil telefon krediti), biznes və avtomobil kreditləri, plastik kartlarla əməliyyatlar, mobil rabitə operatorları üzrə ödənişlər, kommunal xidmət ödənişləri, valyuta mübadiləsi və digər xidmətlər həyata keçiriləcək.

Qeyd edək ki, tədbirdə «Nurgün» Şirkətlər Qrupunun vitse-prezidenti Müşfiq Səfiyev və «NBC Bank»ın İdarə Heyətinin sədri Fuad Qənbərov çıxış edərək 1992-ci ildən fəaliyyət göstərən bankın əhatə dairəsinin getdikcə genişləndiyini, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində də filiallarının açıldığını bildiriblər.

Xatırladaq ki, «NBC Bank» 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 8 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR