Bank Of Baku

«Bank of Baku» təhsil işçiləri üçün yeni endirim kampaniyası keçirir

«Bank of Baku» təhsil işçiləri üçün yeni endirim kampaniyası keçirir
# 03 oktyabr 2011 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 5 oktyabr – Beynəlxalq müəllimlər günü münasibəti ilə bütün təhsil müəssisələrinin əməkdaşları üçün növbəti endirim kampaniyasına başlayır.

Bankın baş ofisindən «APA-Econmics»ə verilən məlumata görə, kampaniya çərçivəsində təhsil sahəsində çalışanlar üçün istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcələri ilə yanaşı, kreditin müddətində də güzəştlər elan edir. Beləliklə, indi kreditin müddəti 30 ayadək uzadılıb. Kampaniyanın üstünlüklərindən biri də nağd kredit rəsmiləşdirərkən bütün təhsil işçiləri üçün öncədən heç bir nağd ödəniş tələb olunmur. Üstəlik, bankın təkrar müştərilərinə iş yerindən arayışa ehtiyac yoxdur.

Əməkdaşın vəzifəsindən asılı olaraq kreditin maksimal məbləği 4 min manata qədərdir, lakin xüsusi hallarda rəhbər vəzifədə çalışan ərizəçilərə kreditin maksimal məbləği 5 min manat təşkil edir.

Misal üçün qeyd edək ki, güzəştli şərtlərlə kreditin məbləği 1000 manat olarsa, o zaman təkrar müştəri tərəfindən bank xərclərinin də ödənilməsi daxil olmaqla ayda cəmi 50 manat, 2000 manat olarsa, ayda cəmi 100 manat, 4000 manat olarsa, ayda cəmi 200 manat ödəniləcək.

Qeyd edək ki, kampaniya oktyabr 5-dən noyabr ayının 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR