Bank Of Baku

USAID və «DəmirBank» ikinci tranşın ayrılmasına dair razılıq əld edib

USAID və «DəmirBank» ikinci tranşın ayrılmasına dair razılıq əld edib
# 03 oktyabr 2011 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında 2010-cu ilin may ayında imzalanmış müqavilə üzrə ikinci tranşın ayrılmasına dair razılaşma əldə olunub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, imzalanmış müqavilə xüsusi ilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrin kredit əldə etməsi üçün zəruri təminatı yüngülləşdirməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditə çıxış imkanlarını artırır. Qeyd edək ki, birinci tranş üzrə ayrılan vəsait «DəmirBank» tərəfindən təyinatı üzrə vaxtında və tam istifadə edilib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR