Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta»nın əlavə səhm emissiyasının yerləşdirilməsinə başlama tarixində dəyişiklik edilib

«Azərbaycan Sənaye Sığorta»nın əlavə səhm emissiyasının yerləşdirilməsinə başlama tarixində dəyişiklik edilib
# 03 oktyabr 2011 16:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Sığorta» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlama tarixində dəyişiklik edilib. Belə ki, səhmlərinin yerləşdirilməsinə başlanılması tarixi anderrayter tərəfindən bu ilin oktyabr ayının 5-nə (əvvəlki tarix oktyabrın 21-i olub) təyin edilib.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 200 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 1,2 mln. manat təşkil edir.

«Azərbaycan Sənaye Sığorta»nın səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 25% artaraq 6 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» və «Anadolu İnvestment Company» MMC olan Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR