Bank Of Baku

Azərbaycan MONEYVAL təşkilatının Strasburqda keçirilən plenar iclasında iştirak edib

Azərbaycan MONEYVAL təşkilatının Strasburqda keçirilən plenar iclasında iştirak edib
# 04 oktyabr 2011 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Strasburqda (Fransa) Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 36-cı plenar iclası keçirilib. İclasda Azərbaycanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, plenar iclasın gündəliyinə 2011-2012-ci illər üzrə MONEYVAL-a üzv olan dövlətlərin qiymətləndirilməsi qrafikinin təsdiq olunması, Slovakiya, Kipr və San-Marino üzrə dördüncü mərhələ qiymətləndirmə hesabatlarının, Rusiya və Makedoniya üzrə isə ikinci mərhələ tərəqqi hesabatlarının müzakirəsi məsələləri daxil edilib.

İclasda Azərbaycan nümayəndə heyəti Kipr üzrə məruzəçi ölkə qismində çıxış edib və qiymətləndiricilərə verilmiş suallar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin gedişində Azərbaycan nümayəndə heyətinin Kiprin qiymətləndirmə hesabatında bir sıra əsas məqamların dəqiqləşdirilməsinə və verilmiş reytinqlərin artırılmasına dair təklifləri plenar iclas tərəfindən müsbət qarşılanıb.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti Komitə və Katiblik ilə MONEYVAL-ın növbəti plenar iclasında Azərbaycan tərəfindən qurumun prosedur qaydalarına uyğun olaraq ikinci tərəqqi hesabatının təqdim edilməsi məsələsi üzrə fikir mübadiləsi aparıb. Müzakirələr zamanı hesabatın təqdim olunması vaxtı, forması və texniki məsələlərə dair razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR