Bank Of Baku

Sentyabrda BBVB-nin valyuta dövriyyəsi 26% artıb

Sentyabrda BBVB-nin valyuta dövriyyəsi 26% artıb
# 04 oktyabr 2011 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 28 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 9 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsinin USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 45,266 mln. manat və ya dollar ekvivalentində 57,545 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 20,5% çoxdur.

EUR/AZN aləti üzrə isə ümumi dövriyyə 3 718 110 manat təşkil edib (əvvəlki aya nisbətən 2,9 dəfə çox) və bu alət üzrə avronun manata qarşı orta ölçülmüş məzənnəsi 1,1267 manat təşkil edib.

Nəticədə, sentyabr ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 48,984 mln. manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 26,2%, ötən ilin sentyabr ayına nisbətən isə 94% çoxdur.

Sentyabrda Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,616 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,055 mln. dollar təşkil edib.

Eyni zamanda, sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (53,22%), «UniBank» (17,46%), «Xalq Bank» (17,03%), «Bank Standard» (6,20%) və «Paşa Bank» (3,13%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR