Bank Of Baku

Azərbaycanda bütün qeyri-bank kredit təşkilatlarının ilin sonunadək Kredit Reyestr Xidmətinə qoşulacağı gözlənilir

Azərbaycanda bütün qeyri-bank kredit təşkilatlarının ilin sonunadək Kredit Reyestr Xidmətinə qoşulacağı gözlənilir
# 04 oktyabr 2011 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının məcmu kredit portfelinin 60%-i Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit Reyestr Xidmətində qeydə alınıb. «APA-Economics» məlumatına görə, bunu Kredit Reyestr Xidmətinin rəhbəri Elçin Həbibov bildirib.

E.Həbibovun sözlərinə görə, bank olmayan kredit təşkilatlarında borcalanların 69%-i reyestrə əlavə olunub. Bu göstəricinin aşağı olması isə kiçik bank olmayan kredit təşkilatlarında informasiya-telekommunikasiya sisteminin olmaması ilə bağlıdır. Yəni, internet olmadan kredit təşkilatları bu xidmətdən istifadə edə bilmir. «Həmin təşkilatlar üçün İT sistemlərini quraşdırmaq niyyətində deyilik, sadəcə həmin təşkilatlara Mərkəzi Bank tərəfindən məsləhət xidmətləri göstərilə bilər», - deyə E.Həbibov qeyd edib.

E.Həbibov bu ilin sonuna kimi Xidmətin məlumat bazasında bütün bank olmayan kredit təşkilatlarının portfelləri barədə məlumatların yerləşdiriləcəyini bildirib: «Hazırda Xidmətə 7 bank olmayan kredit təşkilatı üzvdür, ilin sonunadək bütün bank olmayan kredit təşkilatları Kredit Reyestr Xidmətinə qoşulacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR