AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən ehtiyatlar üzrə artım 535,7 mln. dollar və ya 8,4% təşkil edib:
Lakin göründüyü kimi, sentyabr ayında AMB-nin valyuta ehtiyatlarında müəyyən dərəcədə azalma müşahidə olunub. Azalmanın həcmi 170,9 mln. dollar və ya 2,4% təşkil edib. Bu azalmanın əsas səbəbi sentyabr ayında avronun dollara qarşı 6,7% ucuzlaşması və nəticədə, valyuta ehtiyatlarının avroda olan tərkib hissəsinin dollar ifadəsində azalması ilə bağlıdır.