Bank Of Baku

Azərbaycanda bu il Kredit Reyestr Xidmətinə üzv təşkilatlardan 368 min sorğu daxil olub

Azərbaycanda bu il Kredit Reyestr Xidmətinə üzv təşkilatlardan 368 min sorğu daxil olub
# 04 oktyabr 2011 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit Reyestr Xidmətinə bu ilin yanvar-sentyabr aylarında üzv təşkilatlar tərəfindən 368 min sorğu daxil olub. «APA-Economics»in məlumatına görə, bunu Kredit Reyestr Xidmətinin rəhbəri Elçin Həbibov bildirib.

E.Həbibovun sözlərinə görə, hesabat dövründə kredit təşkilatlarında borcalanların ümumi sayı təxminən 1,3 mln. nəfər təşkil edib. Sorğuların verilmiş kreditlərə nisbəti isə 76,3% təşkil edib.

E.Həbibov Kredit Reyestr Xidmətində yeni informasiya sisteminin istifadəyə verildiyini də diqqətə çatdırıb: «Bu ilin avqust ayından Xidmətdə yeni sistem istifadəyə verilib. Bu sistem vasitəsi ilə Bakıdan kənarda internetə çıxışı olan filiallar reyestrin xidmətindən istifadə edə biləcəklər. Eyni zamanda, üzv təşkilatlar sorğu əsasında xidmətdən fiziki şəxslər barədə identifikasiya kodu əlavə etməklə, borcalanların öhdəlikləri barədə - hər ay üzrə ödənişlərin aparılması haqqında şəxsi məlumatlar əldə edə biləcəklər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR