Bank Of Baku

Çin ABŞ-ı ticarət müharibəsi ilə hədələyib

Çin ABŞ-ı ticarət müharibəsi ilə hədələyib
# 04 oktyabr 2011 14:58 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, buna səbəb ABŞ Senatında milli valyutasının kursunu məqsədli şəkildə aşağı salan ölkələrin ixrac etdiyi məhsullara qarşı kompensasiya rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasıdır.

Ekspertlərin qanun layihəsinin Çinə qarşı yönəlməsi barədə ehtimalları dərhal öz təsdiqini tapıb. Artıq Çin Mərkəzi Bankı, Xarici İşlər və Ticarət nazirlikləri açıqlama yayaraq, ABŞ “dünya ticarətini valyuta ilə siyasiləşdirmək”də ittiham edib.

Çin XİN-in nümayəndəsi Ma Zhaoxu deyib ki, sözügedən qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının normalarına ziddir və ABŞ-Çin ticarət əlaqələrinə mənfi təsir edəcək, beynəlxalq valyuta bazarında vəziyyəti gərginləşdirəcək.

Çin Mərkəzi Bankından isə bildirilib ki, qanun layihəsi ABŞ-a büdcə kəsiri və yüksək işsizlik səviyyəsi kimi problemlərini həll etməkdə kömək etməyəcək, əvəzində isə heç kimin istəmədiyi ticarət müharibəsinə gətirib çıxaracaq.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı ölkələri dəfələrlə Çini öz milli valyutasının - yuanın kursunu məqsədli şəkildə aşağı salmaqda və bununla da dünya iqtisadiyyatında destabilizasiya yaratmaqda ittiham edib. Bu isə ixracatçılar üçün əlverişli olub xarici bazarlara nüfuz etməkdə kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR