Bank Of Baku

Maliyyə Nazirliyinin ixtisasartırma kurslarının növbəti buraxılışı olub

Maliyyə Nazirliyinin ixtisasartırma kurslarının növbəti buraxılışı olub
# 04 oktyabr 2011 15:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzində bu ilin sentyabr ayının 21-30-da regional maliyyə müfəttişliklərindən «Məsləhətçi-nəzarətçi müfəttişlər» üzrə mütəxəssislər üçün «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi qaydaları» mövzusunda növbəti ixtisasartırma kursları keçirilib.

Tədrisdə dinləyicilər üçün «Nəzarət tədbirlərinin planlaşdırılması, aparılması və təşkili», «Maliyyə və sığorta qaydalarının əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının xüsusiyyətləri», «Hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanlarının müraciətlərinə və qərarlarına əsasən nəzarət tədbirlərinin təşkili və aparılmasının xüsusiyyətləri», «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi barədə», «Nəzarət tədbirlərinin aparılması üzrə nəzarətçi müfəttişlərin hüquq və vəzifələri» və digər mövzularda mühazirələr oxunub.

Tədrisin yekununda kompüter proqramı vasitəsi ilə keçirilən test imtahanında dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılıb və tədrisi müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq şəhadətnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR