Bank Of Baku

«Bank VTB (Azərbaycan)» Bakıda filial açıb

«Bank VTB (Azərbaycan)» Bakıda filial açıb
# 05 oktyabr 2011 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azərbaycan)» ASC-nin Bakı şəhərində «Əcəmi» filialı işə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumatına görə, filial pərakəndə müştərilərlə iş üzrə ixtisaslaşıb. Bu, bankın Azərbaycanda ilk filialıdır.

«Əcəmi» filialı hesablaşma-kassa xidməti, kiçik biznesin kreditləşdirilməsi, avtokreditlər, istehlak kreditləri, valyuta mübadiləsi əməliyyatları, depozitlərin qəbulu, fərdi bank seyflərinin təklifi kimi pərakəndə biznesə bank məhsulları və xidmətlər göstərəcək.

Qeyd edək ki, «Bank VTB (Azərbaycan)» ASC-nin səhmdar kapitalının 51%-i Rusiyanın «Bank VTB» ASC, 49%-i isə «AtaHolding» ASC-yə məxsusdur.

Cari ilin iyulun 1-nə bankın aktivləri 59,3 mln. manat, kredit portfeli 39 mln. manat, depozit portfeli 11,2 mln. manat, məcmu kapitalı 18,1 mln. manat, nizamnamə kapitalı 23,8 mln. manat təşkil edib. Yarım il ərzində bankın zərəri 1,766 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR