Bank Of Baku

Bu ilin 9 ayı ərzində Rusiyadan kapital axını 50 mlrd. dollara çatıb

Bu ilin 9 ayı ərzində Rusiyadan kapital axını 50 mlrd. dollara çatıb
# 05 oktyabr 2011 09:10 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin III rübündə Rusiyadan xalis kapital axını 18,7 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilir.

Bu ilin I rübündə ölkədən 21,4 mlrd. dollar, II rübdə isə 9,2 mlrd. dollar çıxarılıb. Beləliklə, yanvar-sentyabr ayları ərzində Rusiyadan xalis kapital axını 49,3 mlrd. dollar olub. Halbuki Rusiya Mərkəzi Bankı 2011-ci ildə ölkədən çıxarılan vəsaitin 35-36 mlrd. dollar olacağını proqnozlaşdırırdı.

Kapital axınının artması onunla əlaqədardır ki, investorlar vəsaitlərini daha az riskli aktivlərə, ilk növbədə ABŞ-a yatırırlar. Sonuncu dəfə Rusiya kapital axını 2007-ci ildə müşahidə olunub - 81,7 mlrd. dollar. Ötən il ölkədən kapital axını 35,3 mlrd. dollar, 2009-cu ildə 56,9 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR