Bank Of Baku

Azərbaycan və Türkiyə qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığı dərinləşdirir

Azərbaycan və Türkiyə qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığı dərinləşdirir
# 05 oktyabr 2011 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) və Milli Depozit Mərkəzinin (MDM) əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbulda işgüzar səfərdədir.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin qiymətli kağızlar bazarının tənzimləyicisi olan Kapital Bazarları Şurası (SPK) ilə informasiya mübadiləsini gücləndirmək, qarşılıqlı olaraq tənzimlənən bazarların inteqrasiyasını və SPK-nın Qiymətli Kağızlar Bazarı Tənzimləyicilərinin Beynəlxalq Təşkilatı (IOSCO)-da üzvlük təcrübəsinin öyrənilməsi nəzərdə tutulub.

Bundan başqa, tərəflər arasında peşəkar iştirakçıların, emitentlərin və investorların qiymətli kağızlar bazarında iştirakını təşviq etmək, həmçinin MDM və Türkiyənin mərkəzi depozitarı «Takas Bank» və Mərkəzi Reyestr Quruluşu ilə ikitərəfli əlaqələri genişləndirmək tədbirləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR