Bank Of Baku

Azərbaycanda aqrar sektor üzrə ixtisaslaşmış bank yaradıla bilər

Azərbaycanda aqrar sektor üzrə ixtisaslaşmış bank yaradıla bilər
# 05 oktyabr 2011 10:04 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Aqrarkredit»in İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib.

S.Kələşovun sözlərinə görə, ölkədə kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış bir bankın yaradılmasına ehtiyac var: «Belə bir bank «Aqrarkredit»in bazasında və yaxud dövlət tərəfindən ayrıca bir qurum kimi yaradıla bilər. Lakin hesab edirik ki, ixtisaslaşmış bankın məhz «Aqrarkredit»in bazasında yaradılması daha məqsədə uyğundur. Çünki bu sahədə «Aqrarkredit»in geniş təcrübəsi və peşəkar mütəxəssisləri var».

S.Kələşov bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə yatırılan investisiyaların həcmi artırılmalıdır: «Apardığımız hesablamalara görə, bir il ərzində kənd təsərrüfatı sahəsinə ən azı 1 mlrd. manat həcmində kreditlərin ayrılmasına tələbat var. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, çayçılıq və digər sahələrin vəsaitlərə oln tələbatı da müəyyənləşib. Bu məbləğlər sadalanan sahələrə yatırılarsa, sürətli inkişafına nail ola bilərik. Artıq kənd təsərrüfatının inkişafı ilə bağlı konkret təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunub».

S.Kələşov kənd təsərrüfatı sektorunun ÜDM-in strukrunda cəmi 5,2% paya malik olduğunu və bunun çox aşağı göstərici olduğunu qeyd edib: «Azərbaycanda bütün kredit təşkilatlarının məcmu kredit portfeli 9,2 mlrd. manat təşkil edir ki, bunun da yalnız 500 mln. manatı aqrar-sənaye kompleksinə, o cümlədən kənd təsərrüfatı sahəsinə ayrılıb. Riskli sahə olmasına baxmayaraq, kredit təşkilatları tərəfindən bu sahəyə ayrılan kreditlərin həcmi artırılmalıdır».

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR